İsmayıllı Olimpiya Kompleksində cüdo üzrə respublika turniri keçirilib.
Olimpnews.az saytının məlumatına görə, Azərbaycan Cüdo Federasiyası, Gənclər və İdman Nazirliyi, İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 2000-2002-ci və 2003-2005-ci illər təvəllüdlü idmançılar mübarizə aparıblar. Turnir Rio-de Janeyro Yay Olimpiya Oyunlarında idmançılarımızın qazandığı nailiyyətlərə həsr olunub. İki gün davam edən yarışın birinci günündə ümumilikdə 14 komandanı təmsil edəm 94 idmançı tatami üzərinə çıxıb.
Növbəti gündə isə 27 komandanın tərkibində 159 cüdoçu qüvvəsini sınayıb. Yarışda ədaləti beynəlxalq dərəcəli hakim Nazim Umbayev qoruyub. Gərgin mübarizə şəraitində keçən yarışda ev sahibləri İsmayıllı cüdo məktəbinin yetirmələri uğurla çıxış ediblər.
Qeyd edək ki, turnirin qalib və mükafatçıları diplom, medal və qiymətli hədiyyələrlə təltif olunublar.