Daşkənd Qran-prisində iştirak edəcək yığmamızın heyəti açıqlanıb

Daşkənd Qran-prisində iştirak edəcək yığmamızın heyəti açıqlanıb

Cüdo yığmamızın növbəti Olimpiya mərhələsi üçün ilk yarışı dəqiqləşib. Olimpnews.az saytının məlumatına görə, komandamızın Rio Olimpiadasından sonra ilk sınağı qran-pri turnirinə təsadüf edəcək.

Millimizin baş məşqçisi Peter Zeyzenbaher Özbəkistanın paytaxtı Daşkənddə təşkil ediləcək yarışa əsas heyət üzvlərini aparmayacaq. Rio Olimpiadasının iştirakçılarına istirahət verən avstriyalı mütəxəssis qran-pridə Murad Heydərli, Tofiq Məmmədov (hər iksi 60 kq), İlqar Müşkiyev (66 kq), Hidayət Heydərov (73 kq), Afiq Səfərli, Rüfət İsmayılov (hər ikisi 81 kq), Vasif Şərbətli, Ziya Namazov (hər ikisi 90 kq) və Cəlil Şükürova (100 kq) şans verəcək.

Yarışda 17 ölkədən 150 (90 kişi, 60 qadın) cüdoçu qüvvəsini sınayacaq.

Qeyd edək ki, qran-pri turniri oktyabrın 6-8-də keçiriləcək.