Şahmatçımız dünya çempionu ilə Moskvada qarşılaşacaq

Şahmatçımız dünya çempionu ilə Moskvada qarşılaşacaq

  İyunun 12-dən 24-dək Moskvada keçmiş dünya çempionu Mixail Talın xatirəsinə həsr olunmuş şahmat üzrə beynəlxalq turnir keçiriləcək.
İddiaçılar turnirinin qalibi Maqnus Karlsen, keçmiş dünya çempionu Vladimir Kramnik, dünya çempionu Vişvanatan Anand, Sergey Karyakin, Fabiano Karuana, Hikaru Nakamura və Aleksandr Morozeviçin iştirakı ilə keçiriləcək yarışda ölkəmizi Şəhriyar Məmmədyarov təmsil edəcək.