Ukraynanın Ujqorod şəhərində yeniyetmələr arasında keçirilən cüdo üzrə beynəlxalq turnirə yekun vurulub.
Olimpnews.az saytının məlumatına görə, Müxtəlif ölkələrin idmançılarının iştirak etdiyi turnirdə Azərbaycan cüdoçuları da qüvvələrini sınayıblar. Yarışda ölkəmizi məşqçi Məmməd Xudiyevin rəhbərliyi ilə Bakının Nizami rayonundakı 13 saylı idman məktəbinin komandası təmsil edib. Beynəlxalq turnirdə 10 idmançı ilə yarışan komandamız 4 medal qazanıb. Təmsilçilərimizdən Fuad Nəbiyev (50 kq) və Sabir İsmayılov (66 kq) qızıl medallara layiq görülüblər.
Digər cüdoçularımız Xəyal Abdullayev (55 kq) və Fazil Eyyubov (66 kq) bürünc medallara sahib çıxıblar.