Komandamız Birləşmiş Ərəb Əmirliklərində yarışacaq

Komandamız Birləşmiş Ərəb Əmirliklərində yarışacaq

Oktyabrın 28-də Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində cüdo üzrə "Böyük dəbilqə” turniri start götürəcək. Olimpnews.az saytının məlumatına görə, 15 ölkədən 194 cüdoçunun iştirak edəcəyi yarışda Azərbaycan cüdoçuları da mükafatçılar uğrunda mübarizə aparacaqlar.

Turnirdə iştirak edəcək milli komandamızın heyəti müəyyənləşib.

3 gün davam edəcək "Böyük Dəbilqə” yarışında ölkəmiz 12 idmançı ilə təmsil olunacaq. Beynəlxalq yarışın iştirakçılar ərizəsinə Rio-2016 Olimpiya Oyunlarının gümüş medalçısı Rüstəm Orucov (73 kq), yığma komandamızın əsas üzvlərindən İlqar Müşkiyev (60 kq) və Elxan Məmmədovun (100 kq) adı da daxil edilib.