91 saylı orta məktəbdə velosiped yarışı keçirilib

91 saylı orta məktəbdə velosiped yarışı keçirilib



 

Noyabrın 9-da Azərbaycan Respublikasının Dövlət Bayrağı günü ilə əlaqədar olaraq 91 saylı orta məktəbdə velosiped yarışı keçirilib.

"Olimpnews.az” xəbər verir ki, yarışda ümumilikdə tərkibində 5 nəfər olmaqla 4 komanda qüvvəsini sınayıb. Estafet yarışlarında mükafatalayiq yerləri 9 a, 9 b, 8 a sinfinin komandası tutub.

200 metr məsafəyə fərdi yarışlarda 9 a sinfinin şagirdi Cavid Məmmədov fərqlənib. O, 13 saniyə nəticə ilə birinci olub. II yeri 9 b sinif şagirdi Ayxan Məmmədli tutub – 13.75 saniyə. 8 c sinif şagirdi Məhəmməd Məmmədov isə 15.31 saniyə nəticə ilə III yerlə kifayətlənib.