Cüdoçularımız reytinq cədvəlinə liderlik edirlər

Cüdoçularımız reytinq cədvəlinə liderlik edirlər



Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Yeni reytinq cədvəli cüdoçularımız üçün uğurlu olub.

Rio-2016 Olimpiadasının mükafatçıları Rüstəm Orucov (73 kq) və Elmar Qasımov (100 kq) öz çəki dərəcələrində bütün rəqiblərini qabaqlayaraq reytinq cədvəlinə liderlik edirlər.

Sonuncu Avropa çempionatının gümüş medalçısı Orxan Səfərov (60 kq) ikinci yeri tutur. Əbu-Dabi "Böyük Dəbilqə” turnirinin qalibi, dünya çempionu Elxan Məmmədov (100 kq) mövqeyini daha da yaxşılaşdıraraq, yeddinci sıraya yüksəlib.

Digər cüdoçularımızdan Nicat Şıxəlizadə 7-ci, İlqar Müşkiyev 13-cü, Məmmədəli Mehdiyev və Uşanqi Kokauri 20-ci yerdə qərarlaşıblar.