Zülfiyyə Hüseynova gümüş medal qazanıb

Zülfiyyə Hüseynova gümüş medal qazanıb



ABŞ-ın Mayami şəhərində veteran cüdoçular arasında keçirilən dünya çempionatı davam edir.
Azərbaycan komandası aktivinə iki medal yazdırıb. Veteran cüdoçularımız Zülfiyyə Hüseynova gümüş, Zülfüqar Hüseynov isə bürünc medal qazanıblar.

Qadınlar arasında F-4 kateqoriyası üzrə 70 kq çəkidə yarışan Zülfiyyə Hüseynova yalnız finalda uduzaraq dünya çempionatının gümüş medalını qazanıb. 1/4 finalda Türkiyə təmsilçisi Dilək Çakıra qalib gələn cüdoçumuz yarımfinalda İtaliya idmançısı Monika Stragiolottonu məğlub edib. Zülfiyyə həlledici görüşdə meydan sahibi, ABŞ cüdoçusu Marqarita Kabreraya uduzaraq 2-ci yeri tutub.
Kişilərin yarışında isə M-2 kateqoriyası üzrə 73 kq çəki dərəcəsində mübarizə aparan Zülfüqar Hüseynov bürünc medal uğrunda görüşdə məğlub olaraq 5-ci yeri tutub.

55 ölkədən 966 veteran cüdoçunun mübarizə apardığı dünya çempionatında Azərbaycan millisinin veteranları Fərhad Rəcəbli (90 kq) və Zaur Paşayev (100 kq) qızıl, Mübariz Cəfərov (81 kq) isə bürünc medal qazanıb.

M-4 kateqoriyası üzrə 81 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Mübariz Cəfərov mundialın bürünc medalına sahib olub. Dünya çempionatında keçirdiyi altı görüşdən yalnız birində uduzan Azərbaycan təmsilçisi bürünc medal uğrunda qarşılaşmada Rusiya idmançısına qalib gəlib.
Qeyd edək ki, buna qədər Azərbaycan millisi veteranların dünya çempionatında iki qızıl medal qazanıb. Fərhad Rəcəbli və Zaur Paşayev bütün rəqiblərinə qalib gələrək dünya çempionu tituluna layiq görüblər.