“Synergy Baku Cyclinq Project” komandasının təqdimatı oldu

“Synergy Baku Cyclinq Project” komandasının təqdimatı oldu



Aprelin 26-da velosiped üzrə Azərbaycanın "Synergy Baku Cyclinq Project” komandasının təqdimat mərasimi oldu. Tədbiri giriş sözü ilə Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov açdı. S.Ələkbərov ölkəmizdə velosiped idmanının inkişafı sahəsində atılan addımlardan danışdı: "Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmanın bütün növlərinin inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində velosiped idmanı da son vaxtlar öz dirçəliş dövrünü yaşamaqdadır. Son bir ildə federasiya tərəfindən velosiped idmanının populyarlaşması, onun maddi-texniki bazasının gücləndirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, habelə velosiped idmanının təbliği istiqamətində bir sıra tədbirlər həyata keçirilir. Bu tədbirlər sırasında Azərbaycanın ilk peşəkar velosied komandasının - "Synergy Baku Cyclinq Project”-in yaradılması xüsusi yer tutur. Ölkəmizin ilə peşəkar velosiped klubunu formalaşdırmaqda məqsəd beynəlxalq yarışlarda iştirak etməklə ölkəmizi dünyada daha geniş tanıtmaq və təbliğ etmək, Azərbaycanda velosiped idmanına marağın artırılmasına nail olmaqdır”.
Vitse-prezident ötən ilin sonlarında yaradılan "Synergy Baku Cyclinq Project” komandasının keçən qısa müddət ərzində qazandığı nailiyyətlər baprəsində ətraflı məlumat verdi. Bildirildi ki, komanda "Tour de Langkawi” (Malayziya), "Tour de Taiwan” (Tayvan) "Tour de Thailand” (Tailand)”Le Tour de Filipines” (Filippin) "Melaka Governors Cuo” (Malayziya) "Rutland GP” (Böyk Britaniya) kimi mötöbər yarışlarda uğurla çıxış edib. Komandanın heyətinə Elçin Əsədov, Samir Cəbrayılov, David Klark, Dan Yraven, Con Ebsen, Tural İsgəndərov, Aqşin Teymur İsmayılov, Anuar Manan, David Makkan, Konnor Konvey, Ruslan Mustafayev, Elvin Nağıyev, Kiril Pozdnyakov, Riko Rogers, Kristof Şveizer, Oleksandr Surutkoviç daxildirlər. Komandaya rəhbərliyi uzun müddət İngiltərənin "SKY” komandasında böyük təcrübə toplamış Ceremi Hant həyata keçirir.
Sahib Əgəlkbərov çıxışının sonunda əsas məqsədin velosipedçilərimizin 2016-cı ildə Rio-de-Janeyroda təşkil olunacaq yay Olimpiya oyunlarında iştirakına nail olmaq və beynəlxalq yarışlarda yaxşı nəticələr əldə etmək olduğunu söylədi.
"Synergy Baku Cyclinq Project” komandası ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə mayın 1-5-də keçiriləcək "Tour d’Azerbaidjan” turnirində iştirak edəcək.




"Tour d’Azerbaidjan” veloturunda 24 ölkədən komandalar iştirak edəcəklər

Xəbər verdiyimiz kimi, Azərbaycan Velosiped İdmanı Federasiyası, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Beynəlxalq Velosipedçilər İttifaqının dəstəyi ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə may ayının 1-5-də paytaxtımızda "Tour d’Azerbaidjan” beynəlxalq velosiped turniri təşkil olunacaq. "Tour d’Azerbaidjan” beynəlxalq velosiped turniri Beynəlxalq Velosiped İdmanı Federasiyasının (UCİ) "Europe Tour” çərçivəsində keçirilən 2.2 kateqoriyalı veloyürüşdür. Bakıdan start götürəcək turnir respublikamızın yeddi rayonunun - Abşeron, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz vg Şəkinin ərazisində keçirilək.
Veloturda 24 ölkədən, o cümlədən ABŞ, İtaliya, Almaniya, Türkiyə, Rusiya, Avstriya, Niderland, Norveç, İsveçrə, Portuqaliya, Belçika, Danimarka, Avstraliya, Əlcəzair, Latviya, Ukrayna, Belarus, Qazaxıstan və digər ölkələrdən 500 nəfərdən çox iştirakçı, fəxri qonaqlar, o cümlədən Beynəlxalq Velosipedçilər İttifaqı və Avropa Velosiped Federasiyasının rəhbərliyinin, dünyanın tanınmış velosipedçilərinin, XXX London Yay Olimpiadasının qalibi qazaxıstanlı Aleksandr Vinokurovun iştirakı gözlənilir.
Xatırladaq ki, ötən il keçirilən "Tour d’Azerbaidjan” turnirində ancaq 23 yaşa qədər olan idmançılar qüvvələrini sınayırdılar. Bu dəfəki turnirdə isə peşəkar komandalar bacarıqlarını nümayiş etdirəcəklər. Bu yarışda ölkəmizi yeni yaradılan "Sinerjy Baku Cucling Project” klubu təmsil edəcək.
Komandanın heyətində 6 azərbaycanlı və legionerlər yer alıblar.
"Tour d’Azerbaidjan” turniri beş mərhələdən ibarət olacaq. Yarışın ilk mərhələsi Heydər Əliyev Mərkəzinin yanından start götürəcək və ulu öndərin adını daşıyan mərkəzi prospektlə metronun "Koroğlu” stansiyası arasında 11 dəfə dövrə vurulduqdaq sonra yenidən Heydər Əliyev Mərkəzinin yanında başa çatacaq. Marşrutun ümumi uzunluğu 157 kilometrdir.
Növbəti gün velosipedçilər yeni yaradılmış velosiped parkından start göğtürərək, Böyüük Qafqaz sıra dağları istiqamətində yola düşəcək və 183 kilometr məsafə qət etdikdən sonra İsmayıllı şəhərində finiş xəttini keçəcəklər. Mayın 3-də veloyürüşçülər Qəbələdən start götürərək, Oğuzdan keçməklə Şəkiyə yollanacaq, oradan isə yenidən başlanğıc nöqtəyə qayıdacaqlar. Bu məsafə 165 kilometrə bərabərdir.
Turnirin dördüncü mərhələsində iştirakçılar Qəbələdən start götürərək, İsmayıllını keçməklə Şamaxıya yürüş edəcəklər. Veloyürüşçılər 116 kim məsafə qət edib, dəniz səviyyəsindən təxminən 1450 metr hündürlükdə yerləşən Pirqulu rəsədxanasının yaxınlığında, Vergilər Nazirliyinin Tədris Mərkəzinin qarşısında finiş xəttini keçəcəklər.
146 km məsafəni əhatə edən beşinci mərhələ Azadlıq meydanından başlayıb, paytaxtın mərkəzi küçələri və prospektindən keçərək, Hökumət Evinin qarşısında başa çatacaq. Qeyd edək ki, veloturda 40 ölkənin idmançılarından ibarət 25 komanda mübarizə aparacaq. Yarışda Mərkəzi Avropa ölkələri - Lüksemburq, Belçika, Niderland, eləcə də Qazaxıstan komandaları favorit hesab olunurlar. Bu komandalar Bakıya ikinci heyətlə gələcəklər. Mütəxəssislər onların heç də zəif komanda olmadıqlarını deyirlər.
Qeyd edək ki, Avstraliya yığma kimi Bakıya gələcək. Turnirin ümumi mükafat fondu 69 min avrodur. Qalib komandaya 6 min avro veriləcək.Bununla yanaşı, ilk iyirmiliyə düşənlərə, sprint, dağ yarışlarında fərqlənənlərə də pul mükafatı veriləcək.
Aprelin 29-da "Hilton” hotelində "Tour d’Azerbaidjan” turniri ilə bağlı mətbuat konfransı keçirildi. Konfransda Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov, turnirin Təşkilat Komitəsinin üzvü, Almaniyanın "Freunde event Logistic GmBH” şirkətinin direktoru Albert Röeder və digər şəxslər iştirak edirdilər.Tədbiri giriş sözü ilə açan S.Ələkbərov turnirlə bağlı təşkilatçılığın yüksək səviyyədə olduğunu diqqətə çatdırdı. O bildirdi ki, hazırlıq işləri başa çatmaq üzrədir. Vitse-prezident yarışın yerli və xarici kütləvi informasiya vasitələrində, o cümlədən "Eurosport”, "Eurosport-2”, "Euronyus” televiziya kanalları vasitəsilə geniş işıqlandırılacağını diqqətə çatdırdı. Yarışın əhəmiyyətini yüksək qiymətləndirən Sahib müəllim Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmanın bütün növlərinin inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində son vaxtlar velosiped idmanının inkişafına da böyük təkan verildiyini vurğuladı. Vitse-prezident bu istiqamətdə görülən işlər barəsində ətraflı məlumat verdi.Təşkilat Komitəsinin sədri ötən ilin may ayında Azərbaycanda keçirilən ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunmuş U-23 (23 yaşadək idmançılar arasında) kateqoriyalı beynəlxalq velosiped turundan, ilk milli velosiped komandası olan "Sinerjy Baku Cycling Project”in yaradılmasından keçən qısa müddətdə qazanılmış nailiyyətlərdən, velotrekdə və yeni yaradılan velosiped parkında ararılan yenidənqurma və abadlıq işlərindən danışdı. O, yarışın açılışı və iştirakçı komandaların təqdimatının aprel ayının 30-da Dənizkənarı Milli parkda keçiriləcəyini diqqətə çatdırdı: "Komandaların təqdimat mərasimi böyük bayramla qeyd olunacaq. Uşaqlar, qocalar, gənclər və digər insanlar arasında yarış təşkil ediləcək və qalibə velosiped hədiyyə olunacaq. Qeyd edim ki, tədbirdə Türkiyənin məşhur ulduzu Mustafa Ceceli də olacaq”.
Sahib Ələkbərov yarışla bağlı mayın birində Heydər Əliyev prospektinin bağlı olacağını dedi. O bununla bağlı şəhər əhalisinə ətraflı məlumat verildiyini dedi.
Albert Röder bildirdi ki, yarışda fərqlənən ən yaxşı idmançıya yaşıl, ayrı-ayrı keçirilən yarışların mükafatçılarına isə mavi və qırmızı rəngli köynəklər veriləcək. Almaniyalı mütəxəssis "Sinerjy Baku Cucling Project” komandasının yarışda favorit hesab olunduğunu dedi. O hesab edir ki, təmsilçilərimiz birinci, üçüncü və beşinci mərhələdə özlərini daha yaxşı göstərə biləcəklər. A.Röder veloturda çıxış edən digər komandaların iştirak etdiyi yarışlar barədə də ətraflı məlumat verdi.
Esmira Orucova