Dünya çempionu faciəli surətdə həlak oldu

Dünya çempionu faciəli surətdə həlak oldu



Motosiklet yarışı üzrə dünya çempionu fransalı Antoni Deləl məşq zamanı baş vermiş qəza nəticəsində aldığı çoxsaylı xəsarətlərdən dünyasını dəyişib.

Idmançıya tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. Qəzanın səbəbləri hələlik açıqlanmır.

"Suzuki” komandasında çıxış edən A.Deləl 5 dəfə dünya çempionu titulunu qazanıb. 35 yaşlı idmançının iki övladı var idi.