Cüdoçularımız “Böyük dəbilqə” turnirini 2-ci yerdə başa vurublar

Cüdoçularımız “Böyük dəbilqə” turnirini 2-ci yerdə başa vurublar



Martın 10-12-də ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan cüdo üzrə "Böyük dəbilqə” turniri keçirilib.

"Olimpnews.az” xəbər verir ki, turnirdə 31 ölkədən 183 idmançı (110 kişi, 73 qadın) qalib adı uğrunda mübarizə aparıb. Azərbaycan cüdoçuları yarışı 7 (1 qızıl, 2 gümüş və 3 bürünc) medalla başa vurublar. Bu nəticə ilə komandamız Niderlanddan sonra ikinci yeri tutub. Üçüncü yerə isə Yaponiya təmsilçiləri layiq görülüblər.

"Böyük dəbilqə” turnirinin qalibi adına Rüfət Hüseynov (81 kq) layiq görülüb. Gümüş medalları komandamıza Elmar Qasımov (100 kq), Məhəmmədəli Mehdiyev (90 kq) qazandırıb. Elxan Məmmədov (100 kq), Orxan Səfərov (60 kq), Rüstəm Orucov (73 kq) və Xanım Hüseynova (63 kq) isə bürünc medala sahib olublar.