Məktəblilər cüdo yarışında iştirak ediblər

Məktəblilər cüdo yarışında iştirak ediblər

Nardaran qəsəbəsindəki 295 nömrəli tam orta məktəbdə Bakı şəhəri 16 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin cüdo idman növü üzrə 14-17 yaşlı idmançılar arasında açıq birinciliyi keçirilib.

Olimpnews.az saytının məlumatına görə, birinciliyin keçirilməsinin məqsədi məktəblilər arasında sağlam həyat tərzini təbliğ etmək, şagirdlərin cüdo idman növünə olan marağını artırmaqdır.

Açılış mərasimində Milli Məclisin deputatı Dilarə Cəbrayılova, "Təhsil” Respublika İdman Mərkəzinin direktoru Natiq Lahıcov məktəblilərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün təşkil edilən yarışların əhəmiyyətindən danışıblar.

Oğlanlar və qızlar arasında müxtəlif çəki dərəcələri üzrə keçirilən yarışa 120-dək idmançı qatılıb.

Qeyd edək ki, qaliblər kubok, diplom və medallarla təltif olunublar.