Mayın 3-7-də keçiriləcək Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı "Tour d'Azerbaidjan-2017" veloturunun təqdimat çarxı hazırlanıb.
"Olimpnews.az" Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunan 5 günlük yarış əvvəlki illərdə olduğu kimi, bu dəfə də planetin nüfuzlu "Eurosport" kanalı vasitəsilə yayımlanacaq - telekanal veloturu gündəlik icmallar şəklində tamaşaçılara təqdim edəcək. Hazırlanmış videoçarx da bu həftədən etibarən tur davam edən günlər də daxil olmaqla "Eurosport" kanalında efirə veriləcək.
"Tour d'Azerbaidjan-2017"nin proqramını bir daha diqqətinizə çatdırırıq:
1-ci mərhələ - 03.05.2017
Bakı - Sumqayıt (150 km)
2-ci mərhələ - 04.05.2017
Bakı - İsmayıllı (187 km)
3-cü mərhələ - 05.05.2017
Qəbələ - Oğuz - Şəki - Oğuz - Qəbələ (177 km)
4-cü mərhələ - 06.05.2017
Qəbələ - İsmayıllı - Ağsu - Şamaxı - Pirqulu (164 km)
5-ci mərhələ - 07.05.2017
Bakı - Abşeron - Bakı (158 km)
Artıq 6-sı Pro-kontinental, 17-si isə Kontinental olmaqla 23 kollektivin "Tour d'Azerbaidjan-2017"də iştirak edəcəyi təsdiqlənib. Qeyd edək ki, son 2 ildə yarışın komanda hesabında qalibi Azərbaycanın "Synergy Baku" kontinental klubu olub.