“Saatlar ölkəsi”ndə Qran-pri yarışı başa çatdı

“Saatlar ölkəsi”ndə Qran-pri yarışı başa çatdı



Aprelin 17-də İsveçrənin Tsuq şəhərində start götürən şahmat üzrə Qran-pri turnirinin üçüncü mərhələsi mayın 1-də başa çatıb. Xəbər verdiyimiz kimi, dairəvi sistem üzrə keçirilən yarışda ölkəmizi iki qrossmeysterimiz təmsil edib. Teymur Rəcəbov (2793) və Şəhriyar Məmmədyarov (2766) bu yarışda Serqey Karyakin (Rusiya, 2786), Fabiano Karuana (İtaliya, 2772), Veselin Topalov (Bolqarıstan, 2771), Hikaru Nakamura (ABŞ, 2767), Aleksandr Morozeviç (Rusiya, 2758), Peter Leko (Macarıstan, 2744), Qata Kamski (ABŞ, 2741), Ruslan Ponomaryov (Ukrayna, 2733), Aniş Qiri (Hollandiya, 2727) Rustam Qasımcanova (Özbəkistan, 2709) qarış mübarizə apardılar. Son turda şahmatçılarımız biri-birilə qarşılaşıblar. Həmin görüşdə tərəfələr heç-heçəyə razılaşıblar. 
Yekun nəticələr görə şahmatçılarımız hərəyə 4,5 xalla 10-12-ci yerləri bölüşdürüblər.
 
Yekun cədvəl:
1. Topalov - 8 xal; 2. Nakamura - 6,5 xal; 3-4. Ponomaryov, Karuana -  6 xal; 5-6. Kamski, Morozeviç -5,5 xal; 7-9. Karyakin, Qiri, Leko - 5 xal; 10-12. Rəcəbov, Qasımcanov, Məmmədyarov - 4,5 xal.