Velosiped üzrə Azərbaycan birinciliyinə yekun vurulub

Velosiped üzrə Azərbaycan birinciliyinə yekun vurulub



İsmayıllıda velosiped idmanının şosse növü üzrə yeniyetmə və gənclər arasında Azərbaycan birinciliyinə yekun vurulub. Gənclər və İdman Nazirliyi ilə birgə təşkil edilən və 100-ə yaxın idmançının iştirak etdiyi yarışın sonuncu günündə gənclər arasında qrup ötüşməsi üzrə qaliblər müəyyənləşib.

Velosipedçilər 90 km məsafə qət ediblər. Finişi hamıdan tez Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Velosiped məktəbinin nümayəndəsi İvan Orlov keçib. 8 saylı Olimpiya Məktəbinin üzvləri Mikayıl Səfərli və Xankişi İsgəndərov isə 2-3-cü yerləri tutublar.

Gənclər - 90 km

1. İvan Orlov (OEQİUVM) - 02:34:39
2. Mikayıl Səfərli (8OEQİUVM) - 02:34:41
3. Xankişi İsgəndərov (8OEQİUVM) - 02:34:42

Qaliblərin mükafatlandırılma mərasimi İsmayıllı Olimpiya İdman Kompleksində keçirilib. Fərqlənən idmançılara medal və diplom, 1-ci yerin sahiblərinə isə xüsusi çempion köynəyi hədiyyə edilib. Qeyd edək ki, Azərbaycan birinciliyinin nəticələri Beynəlxalq Velosipedçilər İttifaqının reytinq cədvəlində öz əksini tapacaq.