Beynəlxalq şahmat festivalı yekunlaşdı

Beynəlxalq şahmat festivalı yekunlaşdı

 Naxçıvan şəhərində keçirilən ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş "Naxçıvan Open -2013” beynəlxalq şahmat festivalına yekun vurulub.
İsveçrə sistemi üzrə keçirilən festivalın A turnirində hesabındakı 6 xal və əlavə göstəricilərə görə İqor Kurnosov (Rusiya) çempion adını qazanıb. Aleksandr Şimanov (Rusiya) ikinci, Qədir Hüseynov üçüncü yeri tutub. Festivalın B turnirində Fariz Əhmədov birinci, Aryan Qolami (İran) ikinci, FİDE ustası Günay Məmmədzadə isə üçüncü olub. C turnirinin (12 yaşınadək uşaqların turniri) qalibi adını 9 oyundan 8 xal toplayan Murad İbrahimli qazanıb. Şahmatçılar Bayram Qurbanov və Kənan Qarayev 7,5 xalla ikinci, üçüncü yerləri bölüşdürüblər. Qeyd edək ki, festivalda 16 ölkədən 250 şahmatçı, o cümlədən 30 qrossmeyster, 13 beynəlxalq dərəcəli usta və 10 FİDE ustası iştirak edib.