
Mayın 4-5-də "Sərhədçi” Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş cüdo üzrə beynəlxalq "Grand Slam” turniri keçiriləcək.
Yarışda 25 ölkədən 190-dan çox cüdoçu mübarizə aparacaq.
Turnirin açılış mərasimində əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycan Cüdo Federasiyasının prezidenti Füzuli Ələkbərov, Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer, Avropa Cüdo Federasiyasının prezidenti Sergey Salo və başqaları iştirak edəcəklər.