Təmsilçilərimiz Əbu-Dabi Qran-prisində qüvvəsini sınayacaqlar

Təmsilçilərimiz Əbu-Dabi Qran-prisində qüvvəsini sınayacaqlar

Oktyabrın 26-da Əbu-Dabidə cüdo üzrə Qran-pri yarışı start götürəcək. Olimpnews.az saytının məlumatına görə, yarışda 50 ölkədən 314 (195 kişi, 119 qadın) cüdoçunun iştirak edəcəyi gözlənilir.

3 gün davam edəcək turnirdə Azərbaycan millisi də qüvvəsini sınayacaq. Məşqçilər heyəti Qran-pri yarışında güvənəcəyi heyəti artıq müəyyənləşdirib. Əbu-Dabidə kişilərin mübarizəsində Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Məmmədəli Mehdiyev (hər ikisi 90 kq), Elxan Məmmədov, Elmar Qasımov (hər ikisi 100 kq) və digər cüdoçular mübarizə aparacaqlar. Qadınların mübarizəsində isə Aişə Qurbanlı (48 kq), Nəzakət Əzizova (52 kq) və İrina Kindzerskaya (+78 kq) və digər xanım cüdoçular tatami üzərinə çıxacaqlar.