Oktyabrın 27-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə” beynəlxalq turniri start götürəcək. Olimpnews.az saytının məlumatına görə, üç gün davam edəcək yarışda Azərbaycan milli komandası 11 idmançı ilə təmsil olunacaq.
Cüdo yığmamız turnirdə baş məşqçi Fərhad Məmmədovun rəhbərliyi altında yarışacaq.