Noyabrın 11-də Mərakeşdə cüdo üzrə açıq dünya çempionatı start götürəcək.
Olimpnews.az saytının məlumatına görə, yarışda 27 ölkədən 58 idmançı qalib adı uğrunda mübarizə aparacaq. 2 gün davam edəcək yarışda Azərbaycan idmançıları da təmsil olunacaq. Yığmamızın məşqçilər korpusu çempionatda bir idmançımızın iştirakını məqsədəuyğun hesab edib. Mərakeşdə ölkəmizin idman şərəfini qadın cüdoçumuz İrina Kindzerska (+78 kq) qoruyacaq.