Cüdo üzrə “Böyük dəbilqə” turniri yekunlaşdı

Cüdo üzrə “Böyük dəbilqə” turniri yekunlaşdı

Xəbər verdiyimiz kimi, paytaxtımızda cüdo üzrə "Böyük dəbilqə” turniri keçirilib. "Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil olunan yarışda 25 ölkədən 190-dan çox cüdoçu iştirak edib. Komandamıza ən yüksək nəticəni Şahin Qəhrəmanov (90 kq), Rüstəm Orucov (73 kq) və Elxan Məmmədov (100 kq) qazandırıblar. Belə ki, cüdoçularımız bütün rəqiblərini üstələyərək qızıl medal əldə ediblər. Komandamızın digər üzvlərindən Nicat Şıxəlizadə (66 kq) gümüş, Elmar Qasımov (100 kq), Hüseyn Rəhimli (73 kq) və Kifayət Qasımova (57 kq) bürünc medal qazanıblar.