Qəbələdə Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə məşqçi və hakimlər üçün seminar keçirilib. Olimpnews.az saytının məlumatına görə, seminar federasiya tərəfindən Qəbələyə ezam olunmuş Azərbaycan Cüdo Federasiyası Hakimlər Komitəsinin sədri, beynəlxalq dərəcəli hakim Fariz Hüseynov tərəfindən aparılıb. Seminarda məşqçi və hakimlərlə yanaşı, Şimal bölgəsinin yeniyetmə cüdoçuları da iştirak ediblər.
Fariz Hüseynov Beynəlxalq Cüdo Federasiyası tərəfindən qəbul olunan və 2018-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək yeni qaydalar barəsində ətraflı məlumat verib. Cüdonun daim inkişafda olan yeni texnika və qaydaları həm nəzəri, həm də praktiki olaraq iştirakçıların diqqətinə çatdırılıb.