Almaniyanın Düsseldorf şəhərində keçirilən cüdo üzrə "Böyük dəbilqə” turnirinə yekun vurulub. Olimpnews.az saytının məlumatına görə, yarışda 65 ölkədən 441 cüdoçu mübarizə aparıb.
Komandamız yarışda 1 gümüş və 1 bürünc medal qazanıb. 73 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan cüdoçusu Rüstəm Orucov finala qədər Avstraliya, Tacikistan, Ermənistan və Almaniya təmsilçilərinə qalib gəlib. Həlledici görüşdə yaponiyalı Ono Şoheyə məğlub olan cüdoçumuz nüfuzlu yarışın gümüş medalına layiq görülüb.78 kq çəki dərəcəsində ölkəmizi təmsil edən İrina Kindzerska yalnız bir görüşdə uduzaraq bürünc medal qazanıb. Cüdoçumuz üçüncü yer uğrunda qarşılaşmada Bosniya və Herseqovina təmsilçisi Larisa Ceriçə qalib gəlib.
Xatırladaq ki, İrina Kindzerska 2 həftə əvvəl Parisdə keçirilən nüfuzlu yarışı da bürünc medalla başa vurub.