Velosipedçimiz Türkiyədə 3-cü oldu

Velosipedçimiz Türkiyədə 3-cü oldu




Türkiyənin Alanya bölgəsində Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı "Tour of Cartier” yarışına yekun vurulub. 
"Olimpnews.az"ın məlumatına görə, velotur ölkəmizin "Synergy Baku” komandası üçün uğurlu nəticə ilə yadda qalıb.

4 mərhələdən ibarət "Cartier” turunda Samir Cəbrayılov, Telman Vəliyev, Kərim Şirəliyev, Ənvər Asanov, Aleksandr Polivoda, Elgün Əlizadə və Kənan Qəhrəmanlı ilə təmsil olunan "Synergy Baku”nun heyətində ən yüksək nəticəyə Aleksandr Polivoda imza atıb. İdmançımız 4 mərhələnin yekununa əsasən, qalibdən 16 saniyə geri qalmaqla ümumi təsnifatda 3-cü yeri tutub.
Bu nəticə velosipedçimizə 25 reytinq xalı da qazandırıb. Sprinterlərin mübarizəsində isə təmsilçimiz 5-ci olub.