Avropa kubokunda 7 mükafat

Avropa kubokunda 7 mükafat

Rusiyanın Sankt-Peterburq şəhərində gənclər arasında cüdo üzrə Avropa kuboku yarışı keçirilib. Turnirdə qitənin 17 ölkəsindən 259 cüdoçu mübarizə aparıb. Azərbaycan millisi yarışı 1 qızıl, 3 gümüş və 3 bürünc medalla başa vurub.
Yığmamız bu nəticə ilə komanda hesabında 3-cü yerə sahib çıxıb. Rusiya və Yaponiya cüdoçuları müvafiq olaraq, birinci, ikinci yeri tutublar.