Paytaxtımız beynəlxalq turnirə ev sahibliyi edəcək

Paytaxtımız beynəlxalq turnirə ev sahibliyi edəcək


    Aprelin 19-da Bakı İdman Sarayında polkovnik-leytenant Raquf Orucov və digər aprel şəhidlərinin xatirəsinə həsr olunmuş ikinci beynəlxalq cüdo turniri start götürəcək. Yarış "Azman Holdinq”in tərkibinə daxil olan "Cudo Klub 2012” idman klubunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə təşkil olunacaq. Turnirdə yaşı 21-dək (U-21) olan, 1998-2003-cü illər təvəllüdlü oğlan və qızlardan ibarət klub komandaları iştirak edəcəklər. İkinci "Raquf Orucov Kuboku” ("Raguf Orujov Cup”) turnirində Bakı şəhərini və bölgələrimizi təmsil edən 16 komanda ilə birlikdə Türkiyə, Rusiya, Qazaxıstan və Gürcüstanın klub komandalarının da iştirakı gözlənilir.
Şəhidlərimizin xatirəsinə hörmət və ehtiram əlaməti olaraq keçirilən turnirin məqsədi gənclərə vətənpərvərlik hissi və döyüş ruhu aşılamaq, onların Vətənin müdafiəsinə hazırlıq səviyyəsini artırmaq, həmçinin idmançılar arasında dostluq və yoldaşlıq hisslərini möhkəmləndirməkdir.