BMX üzrə dünya çempionatına dəstək yarışlarına start verilib

BMX üzrə dünya çempionatına dəstək yarışlarına start verilib





Velosiped idmanının BMX növü üzrə iyunun 5-9-da Bakıda keçiriləcək dünya çempionatının məktəblilər arasında təbliği və onların velosiped idman növünə marağının artırılması məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi, "Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə kütləvi idman tədbirlərinə start verilib.

Proqram çərçivəsində ilk yarış Xətai rayonu 17 saylı orta məktəbdə keçirilib. Rayondaxili mərhələ yarışında 32 məktəbin 200-ə yaxın şagirdi iştirak edib.
Yarışın yekununa əsasən, I yerə 29 saylı, II yerə 138 saylı, III yerə isə 17 saylı orta məktəbin komandası layiq görülüb. Qalib və mükafatçılar təşkilatçılar tərəfindən kubok və diplomlarlara təltif edilib.