Ölkəmizin "Synergy Baku” kontinental velosiped komandası Türkiyədə keçirilən "Tour of Mersin” yarışında uğurla çıxış edib.
Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı 4 günlük yarışının ilk mərhələsi Azərbaycanın Elit yığması və "Synergy Baku”nun üzvü Kiril Pozdnyakovun qələbəsilə başa çatıb.
123 km məsafəni hamıdan tez başa vurmaqla finiş xəttini 1-ci keçən təmsilçimiz həm də ümumi təsnifatda liderliyi ələ keçirib. Mərhələ qalibiyyəti velosipedçimizə 7 reytinq xalı da qazandırıb.
2-ci mərhələdə velosipedçilər 164,4 km məsafə qət ediblər.
Qeyd edək ki, "Synergy Baku” "Tour of Mersin” yarışında Elçin Əsədov, Kərim Şirəliyev, Kiril Pozdnyakov, Aleksandr Polivoda, Telman Vəliyev, Musa Mikayılzadə və Kənan Qəhrəmanlı təmsil edib.
Məlumat üçün bildirək ki, Kiril Pozdnyakov bu ilin fevralında Türkiyədə keçirilən birgünlük Alanya Qran-Prisində də qələbə sevinci yaşayıb.