Ümumdünya Cüdo Federasiyasının media direktoru Qəbələdə olub

Ümumdünya Cüdo Federasiyasının media direktoru Qəbələdə olub

Azərbaycan Cüdo Federasiyasının və "Qəbələ” idman klubunun təşkilatçılığı ilə Ümumdünya Cüdo Federasiyasının media direktoru Nikola Mesner Qəbələdə olub.
Olimpiya Kompleksində Qəbələ cüdoçuları ilə görüşən fransalı mütəxəssis klubun idmançılarına praktiki və nəzəri təlim keçib. Seminarda "Qəbələ”nin 50 cüdoçusundan əlavə məşqçilər heyəti də iştirak edib. Nikola Mesner Qəbələdə cüdoya maraqdan və sözügedən idman növünün inkişafından razı qaldığını bildirib.
Qeyd edək ki, Nikola Mesner dünyada cüdonun təbliğatı və təlimatı işi ilə məşğuldur. O, Azərbaycanda olduğu müddətdə Bakıda, İsmayıllıda və Qəbələdə seminarlar təşkil edib.