“World Masters” turnirində 5 cüdoçu yarışacaq

“World Masters” turnirində 5 cüdoçu yarışacaq

Mayın 25-26-da Tümendə cüdo üzrə "World Masters” turniri keçiriləcək. Yarışda ölkəmizi Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Şahin Qəhrəmanov (90 kq), Elxan Məmmədov və Elmar Qasımov (hər ikisi 100 kq) təmsil edəcək. Bu idmançılar Bakıda keçirilmiş "Böyük dəbilqə” turnirində uğurla çıxış edərək Beynəlxalq Cüdo Federasiyasının reytinq cədvəlində irəliləyiblər.
Qeyd edək ki, "World Masters” turnirində öz çəki dərəcəsi üzrə ilk 16 pillədə qərarlaşan idmançılar mübarizə aparacaq.