Tayson Fyuri: “Titulumu geri qaytarmaq istəyirəm”

Tayson Fyuri: “Titulumu geri qaytarmaq istəyirəm”

Boks üzrə keçmiş dünya çempionu Tayson Fyuri öz planlarından danışıb. Məşhur boksçu deyib: "Mən rinqdə Coşua və Uaylderlə görüşmək istəyirəm. Məqsədim dünya çempionu titulunu geri qaytarmaqdır. Sadəcə, tələsmək istəmirəm. Çünki möhtəşəm döyüşlərin asan təşkil olunmadığını bilirəm. Düz 5 il Vladimir Kliçkonu izləmişəm ki, onunla rinqə çıxa bilim. Ukraynalı boksçu ilə rinqə çıxmamışdan əvvəl 3 il ərzində iki təkbətək döyüş keçirmişdim. Coşua və Uaylderlə görüşə çıxanda çalışacağam ki, ona qədər 3-4 dəfə rinqə çıxım. Bir sözlə, fəal döyüşçü olacağam”.
Tayson Fyurinin növbəti döyüşü avqustun 18-də Belfastda keçiriləcək.