
Boks üzrə Azərbaycan yığması Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında iki idmançı ilə təmsil olunacaq. Belə ki, bu ilin oktyabrında Argentinanın paytaxtı Buenos Ayresdə keçiriləcək yarışda daha bir boksçumuz iştirak hüququ qazanıb.
Olimpiadada ölkəmizin idman şərəfini Avropa çempionu Nurlan Səfərovla (60 kq) yanaşı, birinciliyin gümüş medalçısı Nicat Həsənov (69 kq) da qoruyacaq.