Boksçularımız Olimpiadaya hazırlığıdavam etdirir

Boksçularımız Olimpiadaya hazırlığıdavam etdirir


Gənc oğlan boksçulardan ibarət Azərbaycan millisinin növbəti təlim-məşq toplanışına Göygöldə start verilib. Yığmamızın baş məşqçisi Vaqif Şirinovun rəhbərliyi altında baş tutan toplanışa 12 boksçu qatılıb. Hazırlığın bu mərhələsi iyulun 21-dək davam edəcək. Toplanışda əsasən fiziki, texniki və taktiki çalışmalara üstünlük verilir.
Məşqlər Macarıstanda keçiriləcək dünya birinciliyi və Argentinada baş tutacaq Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına hazırlıq məqsədi daşıyır.