Boks üzrə yığmamız beynəlxalq turnirdə mübarizə aparacaq

 Boks üzrə yığmamız beynəlxalq turnirdə mübarizə aparacaq

Sabah Ukraynanın Odessa şəhərində boks üzrə beynəlxalq turnir start götürəcək.Yeddi gün davam edəcək yarışda Azərbaycan yığması da qüvvəsini sınayacaq.
Semyon Trestinin xatirəsinə həsr olunan "A” kateqoriyalı turnirdə beş boksçumuz mübarizə aparacaq. Komandamızın baş məşqçisi Leonid Loivski Odessada Ruslan Rüstəmov (64 kq), Lorenso Sotomayor (69 kq), Kamran Şahsuvarlı (81 kq), Rauf Rəhimov (91 kq) və Rahil Məmmədliyə (91 kq-dan yuxarı) şans verəcək.