Vüqar Məmməd:“Komandanın inkişaf etdiyinin şahidi oluruq”

Vüqar Məmməd:“Komandanın inkişaf etdiyinin şahidi oluruq”



19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Vüqar Məmməd "Qəbələ”nin əvəzedici heyəti ilə oyunla bağlı affa.az-a fikirlərini bildirib:
"Qəbələ” bizim üçün çox güclü rəqib oldu. Bu oyunda futbolçuların xarakter göstərdiklərinin şahidi olduq. Təlim-məşq toplanışının uzunmüddətli olması taktiki baxımından faydalıdır. Komandanın hər oyun bu istiqamətdə inkişaf etdiyinin şahidi oluruq. Qələbə qazanmaq hər zaman xoşdur. Futbolçularımı təbrik edirəm. Məşqlərdə çox işləyərək, oyunumuzu daha da yaxşılaşdırmağa çalışacağıq”.