Zaur Axundov: "Biz mərhələni Maltada uduzmuşduq”

Zaur Axundov: "Biz mərhələni Maltada uduzmuşduq”


"Keşlə”nin Müşahidə Şurasının sədri Zaur Axundov Avropa Liqasının birinci təsnifat mərhələsinin "Baltsan”la oyunundan (2:1) sonra jurnalistlərin suallarını cavablandırarkən deyib: "Biz bu turu Bakıda yox, Maltada uduzduq. Hesabın 1:4 olması hər şeyin üstündən xətt çəkdi. Siz özünüz də gördünüz ki, "Keşlə” rəqibdən heç nədə geri qalmadı. Nə oldusa, Maltada oldu. Səfərdə 1:3 uduzsaydıq, burda oyunu apara bilərdik. Hər şey əvvəlki baş məşqçinin səhvlərindən oldu. Hesab 1:3 olarkən, heç bir dəyişiklik etmədi. Hətta 4-cü qolu buraxdıqdan sonra da əvəzetməyə əl atmadı. Bütün dünyada belədir ki, komanda ilk hissədən sonra 2 top fərqi ilə uduzursa, artıq məşqçi gedişata müdaxilə etməlidir. Ancaq Maksimov etmədi, ona görə də mərhələni keçə bilmədik. 3 cavabsız top vurub turu adlamaq çətin idi. Amma ikinci hissəsində ortalarında bir neçə 100 faizlik epizoddan yararlana bilsəydik, bəlkə də hər şey fərqli olardı. Artıq bu oyun keçmişdə qaldı. Nəticə ilə barışmaq lazımdır”.