Azərbaycanlı hakim Xəyalə Əzizzadə İsveçrədə 19 yaşadək qızlardan ibarət futbolçular arasında keçiriləcək Avropa çempionatında növbəti təyinatını alıb.O,B qrupunun Hollandiya-Almaniya matçında yan xətt hakimi funksiyasını yerinə yetirəcək.Qarşılaşmanın baş hakimi xorvatiyalı İvana Martinçiç olacaq.Qeyd edək ki,Hollandiya - Almaniya matçı iyulun 21-də Bakı vaxtı ilə saat 20:15-də başlanacaq.
