Asim Xudiyev Ermənistan komandasının oyununa təyinat alıb

Asim Xudiyev Ermənistan komandasının oyununa təyinat alıb

Azərbaycanlı FİFA hakim-inspektoru Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb. O, Avropa Liqasının II təsnifat mərhələsinin ilk görüşündə Monteneqronun "Sutyeska” və Ermənistanın "Alaşkert” komandaları arasında keçiriləcək oyunda isveçrəli hakimlər briqadasının işinə qiymət verəcək.

Qeyd edək ki, qarşılaşma iyulun 26-da Monteneqronun Nikşiç şəhərindəki "Qradski” stadionunda Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.