"Qarabağ" Con Delarji transfer edib

 "Qarabağ" Con Delarji transfer edib


"Qarabağ" Türkiyənin "Bursaspor" klubunun futbolçusu Con Delarji transfer edib.

Qeyd edək ki, konqolu forvard C.Delarj 2017-ci ildən çıxış etdiyi komandada 15 oyunda 4 qol vurub. O, əvvəllər Kamerunun "Union Duala", Slovakiyanın "Dunayska Streda", Çexiyanın "Slovan" (Liberets), Avstriyanın "Admira" (Vakker) və icarə əsasında Türkiyənin "Osmanlıspor" klublarında da forma geyinib. Futbolçu "Bursaspor"a 2017-ci ilin avqustunda "Admira"dan transfer olunub.