
2018/2019 futbol mövsümünə hazırlaşan "Sumqayıt" Futbol Klubu hazırlığın 2-ci mərhələsi üçün yollandığı Boluda növbəti yoxlama matçını keçirib. Komandamız əvvəlcədən məlumat verdiyimiz kimi Türkiyə Superliqası təmsilçisi "Alanyaspor" klubu ilə üz-üzə gəlib. Topuk Yaylası idman kompleksinin stadionunda yerli saatla 16:00-da start götürən qarşılaşmada komandamız 0:7 hesabı ilə məğlub olub.