Millimiz Polşa yığmasına qalib gəlib

Millimiz Polşa yığmasına qalib gəlib

Moskvada təşkil edilən Avropa Liqası (Euro Beach Soccer League) turnirində çimərlik futbolu üzrə Azərbaycan milli komandası sonuncu oyununu keçirib. Polşa yığması ilə qarşılaşan komandamız 9:6 hesabı ilə qələbə qazanıb.

Millimizin heyətində Rüfət Məmmədov 4, İlkin Hacıyev 3, Sabir Allahquliyev 2 qol vurub.