Xəbər verdiyimiz kimi, Ukraynanın Odessa şəhərində təşkil olunmuş beynəlxalq turnirdə iştirak edən eşitməqüsurlu əlillərdən ibarət "Ulduz" futzal komandası bu gün son oyununu keçirib."Çernomorsk” klubu ilə qarşılaşan təmsilçimiz 3:0 hesabı ilə qələbə qazanıb və turnirin qalibi olub.
Xatırladaq ki, turnirin ilk oyununda "İnvosport” klubuna 6:5 hesabı ilə məğlub olan futzalçılarımız növbəti görüşdə "UTOQ sport” komandasına qalib gəlmişdi - 3:2.