Futbol üzrə Azərbaycan I divizionu ilə əvəzedicilərin çempionatı birləşdirilib. AFFA İcraiyyə Komitəsinin iclasından sonra qurumun baş katibi Elxan Məmmədov bu barədə məlumat verib: "İki ay öncə də I divizion məsələsi müzakirə olunmuşdu. Həmin vaxt Klublar Komitəsinin adından yeni konsepsiya təklif etmişdik. Lakin həmin vaxt bildirilmişdi ki, məsələ daha detallə araşdırılsın. Nəticədə Klublar Komitəsi, Məşqçilər Komitəsi, Peşəkar Futbol Liqası və klublarla müzakirə aparıldı. Yeni konsepsiya hazırlandı. İclasda əvəzedici komandaların I divizionda çıxışına qərar verildi. Beləliklə, diviziondan 4 və ya 6, əvəzedicilərdən isə 8 komanda eyni yarışda iştirak edəcəklər. I divizonda yeni komanda olmayacaq. Yeni komandalar Region Liqada çıxış etməlidir".