AFFA yeni qərarlar qəbul edib

 AFFA yeni qərarlar qəbul edib


Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin iclası keçirilib. Aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:


1. 2018/2019-cu il mövsümündə Birinci Divizionda oyunlar Topaz Premyer Liqası klublarının əvəzedici komandaları və ötən mövsüm Birinci Divizionda çıxış etmiş 6 və ya 4 klubun iştirakı ilə keçirilsin.


2. Turnirdə iştirak edən komandalar üçün yaş limiti aşağıdakı kimi tətbiq olunsun:

· 4 futbolçu – yaş limiti olmadan

· 6 futbolçu – 1998-ci il və daha gənc təvəllüdlü

· 1 futbolçu – 2001-ci il və daha gənc təvəllüdlü

· Yaş limiti tətbiq olunmayan 4 futbolçudan 2-si legioner ola bilər


3. Adları aşağıda göstərilmiş futbol veteranlarına AFFA-nın təqaüdü verilsin:

· Nüvər Xasıyev

· Səfər Rəhimov