Emeqara da "Qarabağ"a gəlir

Emeqara da "Qarabağ"a gəlir


"Qarabağ” növbəti transferi rəsmən açıqlayıb. Klubun rəsmi Feysbuk səhifəsinə istinadən yaydığı xəbərə görə, konqulu hücumçu Con Delarjla 3 (2+1) illik müqavilə imzalanıb.
Qeyd edək ki, Delarj karyerasına Kamerunun "Union Duala” klubunda başlayıb. Daha sonra "Dunayska Streda” (Slovakiya), "Slovan” (Liberets, Çexiya), Avstriyanın "Admira” və "Osmanlıspor” (Türkiyə) klublarında oynayıb. 28 yaşlı hücumçunun son klubu isə "Bursaspor” olub.
Konqo yığmasının heyətində 12 oyuna çıxan Delarj 1 qol vurub.