Qurban Qurbanov: " Səhvsiz oynamağa çalışacağıq "

Qurban Qurbanov: " Səhvsiz oynamağa çalışacağıq "


"Qarabağ"ımız sabah Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk matçında səfərdə "Kukesi"nin (Albaniya) qonağı olacaq. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyun haqda fikirlərini bildirib:"Kukesi" futbolçularının mətbuata açıqlamalarına nəzər yetirsək, onların inamlı danışdıqlarını görərik. Bu da onların meydana qələbə üçün çıxacaqlarını göstərir. Rəqibi yaxşı analiz etmişik. Səhvsiz oynamağa çalışacağıq. Heyətlə bağlı bir neçə problemimiz var, amma meydana çıxanda bunları göstərməməyə çalışacağıq. Səfərdən maksimum sərfəli nəticəyla qayıtmaq üçün meydana çıxacağıq".