2018/2019 futbol mövsümünə hazırlaşan "Sumqayıt" Futbol Klubu hazırlığın 2-ci mərhələsi üçün yollandığı Boluda növbəti yoxlama matçına çıxacaq. Nazim Süleymanovun rəhbərlik etdiyi komanda bu gün Superliqa təmsilçisi "Yeni Malatyaspor"la üz-üzə gələcək. Qarşılaşma Topuk Yaylası idman kompleksinin stadionunda yerli vaxtla saat 15:45-də (Bakı vaxtı ilə 16:45) start götürəcək.