Türkiyədə təlim-məşq toplanışında olan "Zirə" bu gün növbəti yoxlama oyununu yerli "Osmanlıspor" klubuna qarşı keçirəcək. Matç Bakı vaxtı ilə saat 19: 00-da başlayacaq. Qeyd edək ki, "Zirə" bundan əvvəl keçirdiyi yoxlama oyunlarında Qətərin "Əl-Xaritiyah" klubu ilə 1:1, Türkiyənin "Girəsunspor" klubu ilə isə 0:0 hesablı heç-heçə edib.