Hər paylaşıma görə 640 min avro qazanır

Hər paylaşıma görə 640 min avro qazanır


İtaliyanın "Yuventus” komandasının futbolçusu Kriştiano Ronaldo "Instagram” hesabındakı hər paylaşımına görə 640 min avro qazanır. 
32 yaşlı hücumçu bu göstəriciyə görə dünyada üçüncüdür. Belə ki, o portuqaliyalı forvard model Kayli Cenner (853 min avro) və müğənni Selena Qomesdən (682 min avro) geri qalır.
Qeyd edək ki, bir müddət əvvəl "Real Madrid”dən "Yuventus”a 112 milyon avroya transfer olunan Ronaldonun "Instagram”da 137 milyon izləyicisi var.