Daha təhlükəli kimdir?

Daha təhlükəli kimdir?


Boks üzrə ağır çəki dərəcəsində sabiq dünya çempionu Lennoks Lyuis həmkarları Entoni Çoşua, Tayson Fyuri və Deontey Leonder haqqında fikirlər səsləndirib.
"Onların hər biri özlüyündə çox yaxşıdırlar və müxtəlifdirlər. Mənim üçün çox maraqlı olardı ki, onlar bir-biri ilə döyüşsünlər. Bu, ağır çəkililərin super döyüşü olardı.
Coşua çox təhlükəlidir- sağdan gözəl zərbə endirir. Uaylderin zərbəsi ondan da qüvvətlidir və həm də Coşuadan cəlddir. Bu üçlükdə Tayson Fyurini ayırmaq olduqca çətindir. Fyuri sürətlə və cəld hərəkət edir, ayıqdır, eyni zamanda fiziki cəhətdən güclüdür. Onun uzun əlləri var və qeyri-adi üsulla döyüşür”, - deyə Lennoks Lyuis bildirib.
Xatırladaq ki, Tayson Fyuri bu ilin payızında Deontey Uaylderlə görüşəcək.